Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında çempionatın IV turunun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, 4 oyun 3 gün ərzində baş tutub.
İlk oyun günündə "Səbail" "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlib. İkinci gündə iki qarşılaşma baş tutub. "Qəbələ" "Zirə"ni 1:0 hesabı ilə yenib, "İnter" - "Kəpəz" oyununda qalib müəyyənləşməyib.
Tura bu gün "Sumqayıt" - "Neftçi" oyunu ilə yekun vurulub. "Neftçi"nin əvəzediciləri də bu rəqibə əsas komanda kimi 0:1 hesabı ilə yenilib.
Əvəzedici heyətlər
2017/18 mövsümü
I dövrə, IV tur
9 sentyabr
Səbail - Qarabağ 2:0
Qollar: Aslan Hüseynov, 32; 71-pen.
10 sentyabr
Qəbələ - Zirə 1:0
Qol: Ülvi İsgəndərov, 10.
İnter - Kəpəz 2:2
Qollar: Elvin Cəfərquliyev, 13. Sinan Akkoyun, 90+4 - Kamran Abdullazadə, 33; 61.
11 sentyabr
Sumqayıt - Neftçi 1:0
Qol: Müşfiq Rzayev, 60.
1. Qəbələ440020-3 12
2. Zirə430110-4 9
3. Neftçi42116-3 7
4. Səbail41127-9 4
5. Sumqayıt41124-16 4
6. Kəpəz40316-7 3
7. İnter40317-11 3
8. Qarabağ40131-8 1
Bombardirlər: Ülvi İsgəndərov (Qəbələ) - 6. Müşfiq İlyasov (Zirə) - 4.
Fanat.Az