"Qəbələ" Ukraynanın "Çernomorets" klubundan daha bir futbolçu transfer edir. Fanat.az хəbər verir ki, "qırımızı-qaralar" Mixail Sivakovu heyətinə qatır.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Mixail Sivakov "Çernomorets"də Roman Qriqorçukun rəhbərliyi altında oynayıb.
Qeyd edək ki, 2014-cü ilin yayından "Çernomorets"də çıхış edən yarımmüdafiəçi həmyerlisinin rəhbərliyi altında 15 oyunda bir qol vurub. Belarus yığmasında 3 oyun keçirmiş Sivakov əvvəllər vətənində BATE, "Qomel", İtaliyada "Kalyari", "Pyaçentsa", Polşada "Visla" və Belçikada "Sulte Varegem" klublarının formasını geyinib.
Fanat.az