Artıq bu gün "Bakı" klubu Bakıda məşqlərinə başlayıb. Xatırladaq ki, klub ayın 2-si keçiriləcək “Bakı” “Qəbələ” oyununa hazırlığını davam etdirir.
Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi saat yarım davam etdi. Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlandı.
Daha sonra komanda topu qısa məsafələrə ötürmə və paslar üzərində çalışdı . İki qrupa bölünən futbolçular məşq prosesini taktiki gedişlər və qapıya zərbələrlə yekunlaşdırdılar.
İdman24.az