Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün 6-cı yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, Roman Qriqorçuk komandasını macarlarla oyunda sınayıb.
Belə ki, "Qəbələ" "Haladaş"la qarşılaşıb. Oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Viktor Mendi və Emin Zamanov fərqlənib.
Qeyd edək ki, "Haladaş" klubu 1919-cu ildə yaradılıb. Lazar Şentesin başçılıq etdiyi komanda Macarıstan çempionatının güclülər dəstəsində çıхış edir. "Haladaş" qış fasiləsinə 15-ci pillədə yollanıb və son yerin sahibini 1 хal qabaqlayır.
"Qəbələ" bundan əvvəl Antalyada 5 oyun keçirib. PSV-nin (Hollandiya) ikinci komandası ilə "sülh" bağlayan (0:0) "qırmızı-qaralar" "Adanaspor"a (Türkiyə) 3:2, "Vorskla"ya (Ukrayna) 2:1 hesabı ilə qalib gəlib, "Eskişəhərspor"a (Türkiyə) 1:3, "Kuban"a (Rusiya) 0:2 hesabı ilə uduzub. "Qəbələ" son oyununu yanvarın 27-də "Metallist"ə (Ukrayna) qarşı keçirəcək.
Antalya
Yoхlama oyunu
25 yanvar
Qəbələ (Azərbaycan) - Haladaş (Macarıstan) 2:0
Qollar: Viktor Mendi, 27. Emin Zamanov, 69.
Qəbələ: 1. Kamran Ağayev (22. Dmitri Bezotosnı), 5. Sadiq Quliyev, 9. Viktor Mendi (27. Bəxtiyar Soltanov), 12. Aleksandru Benqa, 15. Ruslan Abışov (87. Bəhlul Mustafazadə), 16. Ruslan Tağızadə (13. Murad Musayev), 17. Qismət Əliyev (23. Emin Zamanov), 25. Adrian Ropotan, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov.
Ehtiyat oyunçular 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 8. Markuinyos, 13. Murad Musayev, 23. Emin Zamanov, 27. Bəxtiyar Soltanov, 87. Bəhlul Mustafazadə.
Fanat.az