21:20 17.09.2017 1451

"Oğluma dedim ki, burnundan gəlsin" - Şahin Diniyev

“Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdü. Bu gün əsas heyətlə oyuna çıxmışdılar”. Fanat.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdu.

 

Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”ın qonağı olan Gəncə təmsilçisi rəqibinə 2 top fərqi ilə məğlub olub – 0:2.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Diniyev fikrini bu sözlərlə davam etdirib: “Çalışdıq boş zonalar buraxmayaq. Taktiki cəhətdən düz oynadıq. Güclü komandaların bir fərqi var ki, kiçik səhvlərdən maksimum yararlanırlar. Mənə elə gəlir ki, ikinci hissədə daha yaxşı oynadıq. Zonaları bağlayıb, əks-hücumlara üstünlük verdik. Oyun heç-heçə də nəticələnə bilərdi. Bir neçə qol şansımız oldu. Ancaq bu, mülahizələrdi. Futbolçularımdan razıyam, meydanın hər qarışı uğrunda mübarizə apardılar. Əsas odu ki, buraxılan qoldan sonra da komanda sınmadı. Yeni komandayıq, bizə vaxt lazımdı. Oyundan-oyuna tam başqa “Kəpəz” oluruq. Komandanın potensialına bələdəm. Futbolçulara inamım böyükdü”.

 

- Bəzi oyunçuların mövqelərində dəyişiklik var idi. Bu, nə ilə bağlı idi?

- Bizdə standart vəziyyətləri Tural Rzayev yerinə yetirir. Bu anlarda da oyunçuların yerləri dəyişir. “Qarabağ” kimi komandaya qarşı oyunun gedişində mövqe dəyişikliyi faciə ilə nəticələnərdi.

 

- Son vaxtlar məğlub olan komandaların məşqçiləri oyundan razı qalırlar. Sizin hücumçular bu gün oyundankənar vəziyyətdə çox qalırdılar. Bu, nədən irəli gəlir?

- Tamamilə doğrudu. Səbəb heyətdə 16 futbolçunun dəyişməsi oldu. Xətlərarası anlaşılmazlıqlar belə anlarda üzə çıxır. Anlaşma yüksək səviyyədə deyil. Xətlər arasında boşluqlar var. Futbolçular vuruşdular, onların əməyini yerə sala bilmərəm. “Kəpəz” yerindən, məkanından asılı olmayaraq iddialı komandadı. Mənim dərdimi açdınız. Əsas heyətin bəzi üzvləri I divizion komandalarından gəlib. Ötən mövsümkü heyətdən 4 nəfər qalıb.

 

- Belə çıxırmı ki, komanda potensialına uyğun oynayır?

- Belə deməzdim. “Zirə”yə uduzduğumuz matçda 61 faiz topa nəzarət var idi. İndiki halda biz 4-cü yerə layiqik. Sadəcə, komanda hələ formalaşmayıb. Son iki oyunda komandada inkişaf görürəm. Mən sözü havaya demirəm. Komandanın uyğunlaşma dövrü uzandı. Bu, bizim günahımızdı. Elə mövqe var ki, axırıncı dəqiqəyə qədər beynimdə şübhə olur ki, bəlkə səhv edirəm.

 

- “Kəpəz” rəhbərliyinə necə izah etmək olar ki, komandanı çempionat öncəsi toplamazlar?

- Çox asan səbəbi var. Biri hakimin, biri də rəhbərliyin üstünə atmaq. Əgər xoşun gəlmirsə, işləmə, çıx get. Bizim büdcəmiz 7 komandadan qat-qat aşağıdı. Məsuliyyəti baş məşqçi daşıyır. Büdcəm olsaydı, heç olmasa 100 minlik futbolçu götürərdim. Məndə o imkan yoxdu indi. Rəhbərlik də nə bacardısa, onu da etdi. Büdcənin formalaşmasında da baş məşqçi məsuliyyət daşıyır. Məsuliyyətin 51 faizi mənim üzərimdədi. Rəhbərliyin maksimum yaratdığı şəraitdən narazılıq bildirə bilmərəm.

 

- Kərimi çox istəyirsiz, yoxsa Coşqunu?

- Heç birini. Ötən dəfə Coşquna demişdim ki, evə gəlmə, bu dəfə dedim ki, burnundan gəlsin. Elə bil ona yemək verməmişəm. Topa elə zərbə vurdu ki, sanki 20 il dustaqxanada saxlamışam (gülür).


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etdiyi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X