"Problemlərimiz çoxdu. Bu gün daha güclü komandaların məşqçiləri belə heyətdə problemlərin olduğunu deyirsə, biz nə deməliyik? Bu il qarşımıza yüksək hədəf qoymamışıq. Yeni yaranmış komandayıq. Heyətimizdə futbolçu çoxdu. Gələn oyunlarda onlara da şans verməyə çalışacağıq". Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.
"Qəbələ"yə 1:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis rəqibin inlardan aşkar şəkildə üstün olduğunu bildirib: "Oyuna bir xal üçün çıxmışdıq. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Millinin və “Qarabağ”ın Çempionlar Liqasındakı oyunu ilə bağlı böyük fasilə yaranmışdı. Uzun müddət oynamadıq. Bu matçda ustalıq səviyyəsi öz sözünü dedi. Rəqib ustalıq səviyyəsinə görə bizdən aşkar üstün idi".
Roman Qriqorçukdan fərqli olaraq Samir Əliyev hakimlikdən narazı qalmayıb: "Bu, baş məşqçinin öz fikridi. Mən hakimlikdən narazı qalmadım. Səhv varsa da, hakim də insandır, səhv edə bilər".
Fanat.Az