İbrahim Uzunca "Qəbələ" ilə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi hakimlərdən narazılıq edib:
"Bu gün gənc futbolçuların sərgilədiyi oyuna görə sevincliyik. Penaltiyə qədər yaxşı mübarizə apardıq, üstün oynadığımızı düşünürəm. Hakimlərdən xahişim odu ki, penalti epizodlarında bir az diqqətli olsunlar. Mən demirəm qapımıza penalti təyin olunmasın. Penalti varsa, versinlər. Gənc komandanı penaltidən sonra toparlamaq çətindi. Amma ümumi oyundan razıyam. Jaba meydandan çıxan zaman etiraz etdi. Ancaq sonra gəlib üzr istədi. Biz ona başa saldıq ki, belə hallar olmamalıdı".
Fanat.az