"Kamran Ağayev barədə danışarkən onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Kamran Ağayevin gedişindən danışıb: "Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi".
Fanat.az