Paytaxtda hazırlıqları davam etdirən AZAL dünən sonuncu yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, “təyyarəçilər” Şüvəlan qəsəbə stadionunda keçirilən görüşdə “Qaradağ Lökbatan”la qarşılaşıb.
AZAL-ın I dəstə təmsilçisinə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə qollar ilk yarıda vurulub. Bu oyunda baş məşqçi Vaqif Sadıqov çox sayda baxışda olan futbolçulara şans verib.
Qeyd edək ki, AZAL Premyer Liqada ilk oyununu avqustun 3-də “Neftçi”yə qarşı keçirəcək.
İdman24.az