"Malmö" ilə oyunumuz çətin keçdi. Çünki rəqibimiz çempionluğa oynayır. Bununla belə, "Malmö" ilə oyunda əlimizdən gələni etdik və qələbə qazandıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Gefle" klubunun futbolçusu Markus Hanson "Malmö" ilə çempionat oyunundan (2:0) sonra deyib.
İsveçli futbolçu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la görüşə yorğun yollanacaqlarını bildirib:
"Bu qələbədən sonra bütün diqqətlərimizi "Qarabağ"la oyuna yönəldəcəyik. Təbii ki, komandada yorğunluq olacaq. Bildiyim qədər Azərbaycan bizə uzaq məsafadə yerləşir. Bununla belə, yorğunluq bəhanə olmamalıdır. Bakıdan da sərfəli nəticə ilə qayıtmalıyıq".
Qeyd edək ki, "Qarabağ" - "Gefle" oyunu avqustun 1-də, saat 21:00-da başlayacaq.
İdman24.az