"Bakı" futbolçuları "Qəbələ" ilə oyun öncəsi az miqdarda pul alacaqlarına ümid etsələr də yenə arzuları ürəyində qalıb.
Fanat.az rekord.az-a istinadən xəbər verir ki, vəd olunan vəsait klubun hesabına köçürülmədiyi üçün futbolçular da pul üzünə həsrət qalıb.
Onlara verilən növbəti vədə görə, 20-ci tura qədər maaşlarının az hissəsi ödəniləcək. Hər halda, daha 3-4 gün gözləmək lazımdır.
Fanat.az