Futbol üzrə Azərbaycan çempionatının I divizionunda 2017/18 mövsümünün püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə ilk turun cütləri bəlli olub.
10 komandanın mübarizə aparacağı yarışa oktyabrın 3-də start veriləcək. İlk turun matçları iki gün davam edəcək.
I tur, 3-4 oktyabr
“Xəzər” – “Mil-Muğan”
“Turan Tovuz” – “Şüvəlan”
“Ağsu” – “Zaqatala”
MOİK – “Qaradağ Lökbatan”
“Sabah” – “Binə”
Fanat.Az