15:30 03.02.2015 1159

XIX turun taktiki mənzərəsi

Əzmkarlığın mükafatı


Oyuna xətti müdafiə, iki forvardla çıxan “İnter”in ilk yarıda bir oyuna bəs edəcək qədər qol vəziyyəti yaratması faktdı. Baçana Tsxadadzenin dirəyi nişan alması “Sumqayıt”ın qapısı qarşısında fasiləyə qədər yaranan təhlükələrin zirvə nöqtəsi idi. 


İlk yarının ortalarında start həyəcanından qurtulan qonaqlar isə xoşbəxtliyi əks-hücumlarda axtarırdı. Əlbəttə, “gənclik şəhəri” təmsilçisi rəqib meydanında qazanılan bir xalı gerçək qazanc hesab edəcəkdi və son nəticədə buna nail oldu. 


Çempionatda debüt edən Ruben Şakeni 58-ci dəqiqədə Mikel Alvaroyla dəyişən Kaxaber Tsxadadzenin bir qədər sonra oğlu Baçananı da Sezar Meza Kolliylə əvəzləməsi hücuma canlanma gətirmək cəhdləri qismində dəyərləndirilməlidi. 77-ci dəqiqədə penaltini qaçıran Yohan Bokonyano hədəfi dəqiq nişan alsaydı, Aqil Məmmədovun yetirmələrinin əzmkarlığı böyük ehtimalla, boşa gedəcəkdi. Ancaq matçın sonlarını müdafiədə keçirməsinə rəğmən meydana yeni hücumçu buraxçağı da özünə borc bilən Məmmədov komandasının çempionluğa oynayan rəqibi səfərdə büdrətməsiylə öyünə bilər.


Əhmədovun inadı


Flavinyo, Karlos Kardozo və Julius Vobayın oynamadığı matçda "flaqman"ın uduzması istənilən halda gözlənilməz oldu. “Neftçi”də köməkçi-məşqçi işləmiş Tərlan Əhmədovun rəqibi yaxşı tanıdığı sezildi. İkinci dövrədəki 0:4-ün əvəzini hesab olaraq çıxa bilməyən şüvəlanlıların 2:1 hesablı qələbəylə qisası reallaşdırdığını iddia edə bilərik. 

Oyun planında adından söz etdirən, qarşı tərəfin qapısı qarşısında qol epizodlarını sıralayan Əhmədovun yetirmələri rəqib penaltidən hesabı bərabərləşdirəndən sonra da ruhdan düşmədi. Məhz “Neftçi”dən icarəyə götürülən Nicat Qurbanovu döyüşə atmaqla qələbə istəyini ortaya qoyan Tərlan bəyin bu əvəzləməsi yerinə düşdü. Uzatma dəqiqələrinə qədər həmlələrini sürdürən “təyyarəçilər” nəhayət, qələbə topunu vurdu. Özü də Freddi Mombonqo dublunu məhz Nicatın ötürməsiylə rəsmiləşdirdi.


Gözlənilən nəticə


Ödənişli futbolçulardan canını qurtaran, komandanı əvəzedicilərin baş məşqçisinə tapşıran “Xəzər Lənkəran” rəhbərliyi qalan turlarda belə məğlubiyyətlərə hazır olmalıdı. Bir hissə müqavimət göstərən, hətta təhlükəli vəziyyətlər də yaratmağı bacaran lənkəranlılar sanki sabiq komanda yoldaşlarının – Elnur Abdullayevin mükəmməl qolundan sonra sarsıldı. Elə Çixradzenin Elnuru fasilədə döyüşə atması da həlledici addım sayılmalıdı. Ənənəvi 4-5-1 taktiki sxemində təcrübəsizlikləri tez-tez üzə çıxan gənclər haqq etdiyi yenilgiylə üzləşdi – 0:2.


“Bakı” döyüşüb uduzdu


“Bakı” üzərində paytaxtdakı qələbəni Roman Qriqorçik üçün ciddi imtahan adlandırmaq mübahisəlidi. Heyətlərə nəzər salsaq, real fərq ortaya çıxar. Ölkə xaricində hazırlıq keçməyə pul tapmayan “zolaqlılar” erkən qol vurmağa yaxın olsa da, “Qəbələ” 17-ci dəqiqədə hesabı açdı. Bu matçda cüt dayaq yarımmüdafiəçisi və tək forvardla mübarizə aparmağı məqsədəuyğun sayan Qriqorçukun komandası qol buraxmasa da, müdafiədə o qədər də inamlı deyildi. Belə desək, “şəhərlilər” heyətinə görə özündən 3 dəfə güclü rəqibə layiqli müqavimət göstərərək uduzdu. Vüqar Bəybalayevin passivinə yazılan avtoqol belə, meydan sahiblərinin döyüşdüyündən xəbər verir.


NİHAT, "Futbol+"

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2025
12:53

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

12:28

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

11:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:14

DÇ-2026: Ançelottinin Braziliya millisindəki debütü uğurlu olmadı

10:46

Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

10:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:02

DÇ-2026: İtaliya, Xorvatiya və Belçika seçmə mərhələdə ilk sınağına çıxır - YENİLƏNİR

09:30

Qattuzo Xorvatiya klubundan ayrıldı

09:00

Veyqa Avropaya qayıtdı - RƏSMİ

08:45

Azərbaycanda Qurban bayramı qeyd olunur

00:58

Millətlər Liqası: 9 qol vuruldu, İspaniya finala yüksəldi

05 İyun 2025
23:40

"Liverpul" "Barselona"nın təklifini geri çevirdi

23:05

“Tour d’Azerbaidjan” yarışı bərpa olunur

22:39

Əliyar Ağayev növbəti təyinat alıb

22:24

Özbəkistan millisi dünya çempionatında oynamaq hüququ qazandı

21:51

Amerikalı yarımmüdafiəçi Madrid nəhəngi ilə anlaşdı - SON DURUM

21:20

MY-nin ulduzu karyerasını A Seriyasında davam etdirməyə yaxındır

20:55

"Şamaxı"da növbəti ayrılıq

20:17

"Çelsi" Mudrikin "10 nömrə"sini başqa futbolçuya verdi

19:48

Azərbaycan millilərinin Avropa Kubokundakı rəqibləri bilindi

19:15

Romalıların sabiq çalışdırıcısı Turin klubunda - RƏSMİ

18:46

"Yoxsa qalib gəlmək mümkün olmazdı" - PFL-in rəhbəri

18:19

"Real" "River Pleyt"in futbolçusunun transferini tamamladı

17:53

Atletika üzrə Yay Azərbaycan çempionatı keçiriləcək

17:35

MPK və AKF arasında əməkdaşlıq memorandumu imzalandı

17:18

"Yuventus" milli üzvü ilə müqavilə yenilədi - RƏSMİ

17:00

"Hazırda İspaniya, şübhəsiz, dünyanın ən yaxşı komandasıdır" - Didye Deşam

16:41

İspaniya nəhəngi 33 yaşlı braziliyalını transfer edə bilər

16:22

"Arsenal"ın futbolçusu İtaliya klubuna keçdi - RƏSMİ

16:04

Koul Palmer oyun nömrəsini dəyişdi

15:46

PSJ ukraynalı müdafiəçini bu qiymətə alır - SON DURUM

15:28

Azərbaycan Kuboku: PFL finalda "Araz-Naxçıvan"a qalib gəldi

15:10

İngiltərə nəhəngi niderlandlı oyunçu üçün "Milan"a bu qədər ödəyəcək - Razılıq əldə edildi

14:52

"Qarabağ"ın yay hazırlıq planı bilindi

14:34

40 yaşlı Vaqner Lavın yeni klubu açıqlandı - RƏSMİ

14:16

İngiltərə nəhəngi qanalı ulduz üçün 101 milyon avro ödəyə bilər

13:58

Azərbaycan millisi Latviyaya yollandı - FOTO

13:40

FİF son 3 ilin maliyyə hesabatını açıqladı

13:23

Məşhur braziliyalı İngiltərə klubundan getdi - RƏSMİ

13:04

Ayxan Abbasov "Mingəçevir"də parlayan futbolçunu yanına aparır

Facebookdan bizi izləməyi unutmayın.
X