AFFA-nın təşkil etdiyi "Bakcell U-14 Elit Kuboku" turnirində finala yüksələn komandalar müəyyənləşib.
Fanat.az xəbər verir ki, ilk yarımfinal oyununda "İnter" 2:0 hesabı ilə "Bakı"nı, digər qarşılaşmada isə "Qəbələ" 3:0 hesabı ilə "Neftçi"ni məğlub edib.
Beləliklə, fevralın 12-də, "Bayıl Arena"da keçiriləcək final oyununda "İnter" və "Qəbələ" qarşılaşacaq.
Fanat.az