"Qəbələ"nin futbolçusu Adrian Ropotan evlənməyə hazırlaşır. Fanat.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, rumın yarımmüdafiəçi Raluiça Oqiça ilə ailə həyatı quracaq.
Ropotan və Oqiça artıq 4 ildi sevgilidi. Onlar bu il evlənmək qərarına gəliblər. Artıq Adrian sevgilisinə evlənmək təklif edib və "hə" cavabı alıb. Cütlük çempionatlarda yay fasiləsi yaranandan sonra evlənəcək.
Fanat.az