Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Gefle" - "Qarabağ" matçının baş hakimi müəyyənləşib.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, oyunu isveçrəli Stefan Klossner idarə edəcək.
Qeyd edək ki, "Norrporten Arena"da keçiriləcək "Gefle" - "Qarabağ" oyunu avqustun 8-nə nəzərdə tutulub. Lakin hələlik görüşün başlama saatı açıqlanmayıb.
İdman24.az