Bu gün Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin oyunları start götürüb. Fanat.Az xəbər verir ki, günün birinci yarımfinalında millimiz Hollandiya ilə qarşılaşıb.
12 il əvvəl müəyyənləşdirdiyi rekordu təkrarlayan, 1/4 finalda Almaniyaya set vermədən qalib gələn və "portağallar"la duel şansı yaxalayan seçməmiz yeni rekord uğrunda mübarizə aparıb. Gərgin keçən görüşdə qalib 5-ci setdə müəyyənləşib. Ölkə başçısının da canlı izlədiyi qarşılaşmada finala hollandlar adlayıb.
Yarımfinalın digər oyununda isə Rusiyanı 3:0 hesabıyla yenərək mübarizədən kənarlaşdıran Türkiyə çempionluğa əsas namizəd Serbiya önündə imtahan verib. Yarışın favoritinə yenilən "ay-ulduzlular" sabah 3-cü yer uğrunda görüşdə millimizlə qarşılaşacaq.
Avro-2017
Yarımfinal mərhələsi
30 sentyabr
Hollandiya - Azərbaycan 3:2 (20:25; 25:19; 25:19; 25:27; 15:12)
Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev
Hollandiya: 1. Kirsten Knip, 2. Femke Stoltenborq, 3. Yon Belien, 4. Seleste Plak, 5. Robin de Kroyf, 6. Maret Balkesteyn-Qrotues, 9. Mirte Şut, 10. Lonneke Sloetyes, 11. Enn Buys, 14. Laura Dijkema, 18. Marrit Yesper, 19. Nika Daalderop, 20. Tessa Polder, 22. Nikole Kulhaas
Baş məşqçi: Ceymi Morrison
Fanat.Az