00:05 06.02.2015 554

"Qəbələ"nin üzvü qələbənin sirrini açıqladı

Bu gün Topaz Premyer Liqasında növbəti oyununa çıxacaq “Qəbələ” AZAL-ı qəbul edəcək. 2015-ci ilin ilk ev matçından 2 gün əvvəl komandanın düşərgəsində əlamətdar hadisə yaşanıb. Belə ki, gənc futbolçu Elvin Camalov 20 yaşını qeyd edib. 


Maraqlıdı ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yubilyar əsas komandada 20 matç keçirib. Bu gün 21-ci dəfə “qırmızı-qara” forma geymək imkanı olan Camalov akademiyanın yetirmələri arasında əsas komandada ən çox oyun keçirən Müşfiq Teymurovun rekordunu təkrarlaya bilər. 


Fanat.az xəbər verir ki, futbolçu fikirlərini klubun rəsmi saytına bildirib: “Dayaq yarımmüdafiəçisi olsam da, hər oyunda qol vurmaq istəyim böyük olur. Akademiyanın yetirməsiyəm və klubda qol hesabımı açmaq istəyirəm. Qol vursam, karyeramın ən gözəl günlərindən biri olacaq. Bunun ad günümdən iki gün sonraya təsadüf etməsi isə ikiqat sevindirici olar. Əsas komandada daha çox oyun keçirmək istəyirəm. Təbii ki, rekordçu olmaq sevindiricidir. Amma mən bu rəqəmin daha böyük olmasını istəyirəm. Oynadığım hər qarşılaşmaya məsuliyyətlə yanaşıram. Gənc olduğumdan tapşırıqların üzərində daha çox çalışıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm”.


Camalov AZAL-la görüşdə qalib gəlib, azarkeşlərini növbəti 3 xalla sevindirmək istədiklərini bildirib. Yarımmüdafiəçi qalib gəlməyin sirrini də açıqlayıb: “AZAL-la qarşılaşmada isə ilk dəqiqələrdən öz oyun sistemimizi ortaya qoymağa çalışacağıq. Bu qarşılaşma bizim 2015-ci ildə ilk ev oyunumuzdur. Əlimizdən gələni edəcəyik ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, qələbə ilə azarkeşlərimizi sevindirək. Cari mövsümdə AZAL-a qalib gələ bilməmişik. İlk dövrədə uduzduğumuz qarşılaşmada “18-liy”ə düşsəm də meydana çıxmamışdım. İkinci dövrədəki oyunu isə 4 sarı vərəqə üzündən buraxmışdım. Bu dəfə onlara qarşı oynamaq imkanı qazansam, komandamızın qələbə qazanması üçün bütün bacarığımı ortaya qoyacağam. Qarşılaşmaya bütün oyunlarda olduğu kimi, çox ciddi şəkildə hazırlaşırıq. Artıq bütün fikrimizi də bu matça yönəltmişik. Rəqibi də təhlil etmişik. AZAL-ın hər oyunçusu, hər mövqeyi üzrə müsbət və mənfi cəhətləri bilirik. Matça köklənib, xarakter göstərməli və əzmkar oyunla qələbə qazanmalıyıq. Bu görüşdə 3 xal qazanmaq üçün ilk növbədə də köklənmək və xarakter lazımdır. Biz də meydana çıxıb, ən yaxşı oyunumuzu göstərməklə, qalib gəlmək istəyirik. Bunun sayəsində bütün qarşılaşmalarda qalib gələ bilərik”.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
21:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X