Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçin “Gefle” Bakıya səfər planlarını dəqiqləşdirib. Azerisprot.az xəbər verir ki, isveçlilər Azərbaycana iyulun 30-dan 31-nə keçən gecə gəlməyi planlaşdırırlar.
“Gefle” Bakıya sabah səhər saatlarında çatacaq. Komanda Azərbaycan paytaxtında bir məşqə çıxacaq ki, bu da iyulun 31-də, oyunun keçirilməli olduğu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Baş məşqçi Per Olsson isə həmin gün jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qarabağ” – “Gefle” matçı avqustun 1-də keçiriləcək. Cavab görüşü isə bir həftə sonra səfərdə baş tutacaq.
İdman24.az