19:14 04.10.2017 613

Karel Yarolim: "Azərbaycan yığmasının üzvləri futbol oynaya bilir"

"Komandamı sabahkı oyuna yaxşı hazırlaşdırmışam”. Bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çexiyalılar növbəti oyunlarını sabah Azərbaycan millisinə qarşı keçirəcəklər.

 

Bakıda baş tutacaq matçdan öncə mətbuat konfransı keçirən Yarolim bunları deyib: "Son 2 matçda maksimum xal qazanmaq istəyirik. Azərbaycan yığması haqda da maksimum məlumatlıyıq. Bilirik ki, rəqib kifayət qədər yaxşı oynayır. Azərbaycan millisinin müdafiə xətti güclüdü. Sabah onlar da qələbə qazanmaq üçün maksimum güc sərf edəcəklər. Rəqibin kombinasiyalı hücumlarının olduğundan da xəbərdarıq. Gücümüzü əsasən ikinci hissəyə yönəltmək fikrindəyik. Oyunun nəticəsinin necə olacağını indidən deyə bilmərik. Bizim üçün vacib matçdı”.

 

- Bu cür qrupda cəmi 9 xal yığmaq Çexiya yığması üçün faciəvi nəticə deyilmi?

 

- Biz də istərdik ki, daha çox xal toplayaq. Amma nə etmək olar, belə alındı. İndi əsas məsələ odu ki, son 2 oyundan maksimum nəticə ilə ayrılaq. Azərbaycan və San Marino ilə görüşlərdə yaxşı oyun göstərməyə çalışacağıq.

 

- Müdafiə xəttində kimlərin yer alacağını açıqlaya bilərsiniz?

 

- Bu barədə məlumat vermək istəmirəm. Çünki hər an dəyişiklik ola bilər. İndi düşündüyüm heyət var. Amma sabah dəyişiklik baş verə bilər. Bu gün məşqimiz olacaq. Odu ki, hər şey mümkündü.

 

- İndiki heyətdən kimlərlə yola davam etməyi düşünürsüz?

 

- Hazırkı heyətin 90 faiz üzvü ilə yolumuza davam edəcəyik.

 

- AÇ-2020 barədə nə deyə bilərsiz? Yenidən Bakıya gəlmək istərdinizmi?

 

- Bakıya yenə gəlmək istərdim. Təkcə məşqçi kimi yox, turist kimi də gələcəkdə buraya qayıtmaq əla olardı.

 

- Mundiala çıxmaq şansınızın qalmadığını nəzərə alsaq, sabahkı görüşdə əsas heyət üzvləri olmayan futbolçulara şans verməyiniz mümkündü?

 

- Keçən il Ostravadakı matçdan sonra böyük dəyişikliklər etdiyimi deməzdim. Təbii ki, yeni oyunçular olur. Dəyişikliklər var, amma böyük dəyişiklər deyil.

 

- Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki hər oyundan öncə start heyəti açıqlayır. Bunun sizin üçün önəmi olacaqmı? Millimizin heyətində çəkindiyiniz futbolçu varmı?

 

- Rəqibin nəyə qadir olduğunu bilirik. Əsasən, müdafiə xətti güclüdü. Bilirik ki, Azərbaycan yığmasının üzvləri futbol oynaya bilirlər. Rəqibin cinah oyunçuları bizə problem yarada bilərlər. Bir də Riçard Almeydanı fərqləndirərdim. (apasport)


Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

Facebookdan bizi izləməyi unutmayın.
X