23:23 04.10.2017 752

"Millimiz kapitanı da, azarkeşləri də sevindirməlidi"- ELXAN MƏMMƏDOV

AFFA-nın baş katibi Elxan Məmmədov millinin Çexiya ilə oyundan öncəki açıq məşqi zamanı jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, Məmmədov öncə yığmanın son ev oyunundan danışıb:

 

"Olduqca önəmli matçdı. Doğma meydanda son oyunumuz olduğu üçün komandamız görüşə xüsusi motivasiya ilə çıxacaq. Bundan əlavə, kapitanın da son oyunudu. Millimiz həm də buna görə məsuliyyət daşıyır ki, kapitanı da, azarkeşləri də sevindirməlidi. Yığmanın sabah yaxşı oyun sərgiləyərək 3 xal qazanacağına ümid edirik. 

 

- Yığmada Rəşad Sadıqovun yerinə namizəd gördüyünz futbolçu varmı? 

- Məşqçinin seçimi əsadı. Yeni tsiklin startına qədər futbolçular özünü göstərməlidi. Rəşadın yerini kimin tuta biləcəyi o zaman bəlli olacaq.

 

- İcraiyyə Komitəsinin sabahkı iclasında Prosineçki - milli məsələsi müzakirəyə çıxarılacaqmı? 

- İclasın gündəliyi artıq bəllidi. Əsas müzakirə mövzusu Regional Liqa olacaq. Lisenziyalaşdırma ilə bağlı da bir sıra məsələlərdən danışılacaq. Baş məşqçi ilə bağlı heç bir müzakirə aparılmayacaq. Çünki qarşıda daha iki oyun var. Bu oyunlardan sonra İK-nın növbəti iclası baş tutacaq. Yığmanın son oyununun ardından baş məşqçi məsələsi gündəmə gətirilə bilər.

 

- Noyabrda milli yoxlama oyununa çıxacaq?

- Bu haqda tsikl başa çatandan sonra qərar qəbul etmək istəyirdik. Digər tərəfdən də düşünürük ki, yoldaşlıq oyununa görə futbolçuları yükləmək düzgün deyil. Nəzərə alaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayır. Amma yenə də məşqçilər öz aralarında danışıb bizə fikirlərini deyəcəklər. Oynamaq lazım olduğunu desələr, biz də rəqib axtaracağıq.

 


 - Regional Liqada neçə komanda çıxış edəcək?

- Bu məsələ sabah geniş şəkildə müzakirə olacaq. Ola bilsin ki, 4 liqa olsun və sonra final mərhələsi keçirilsin. Yaxud bir liqa yaradılsın, ev-səfər prinsipi ilə oynasınlar.

 

- Regional Liqada mükafat məsələsi də var idi. Sizcə, bu, I divizion klublarının da ora can atmasıyla nəticələnməyəcək?

- Bu, pilot layihədi. İstəyirik ki, bölgə komandalarını yeni liqaya cəlb edək. Daha bir stimullaşdırma da var: Regional Liqada çempion olacaq komanda I diviziona vəsiqə qazana bilər.

 

- PFL prezidenti Ramin Musayev müsahibəsində bildirmişdi ki, gələn ildən Premyer Liqada 12 komanda olacaq. Bu, nə dərəcədə real görünür?

- Bu, sadəcə bizim arzumuzdu. İlk növbədə 8-dən 10-a qalxaq, sonra da 12-ə yüksələk. Hələlik heç bir müraciət almamışıq.

 

- Birinci divizionun 3 dövrəli olması məsələsi də var. Bu üsulla komandalar razılaşacaq?

- Razı salacağıq. Artıq bəzi komandalarla danışmışıq. Fikirlərini öyrənmişik. Biz həm də çalışırıq ki, əlavə bir kubok yarışı keçirək. Ola bilər ki, bu, paytaxt kuboku olsun. Ya da hansısa sponsor olsa, adı başqa ola bilər. Əsas məqsəd budur ki, əlavə oyunlar olsun.

 

- Premyer Liqada iştirakçıların sayının artırılırsa, onda yenə aşağı dəstəyə heç bir komanda düşməyəcək?

- İndidən nəsə demək çətindi. I divizionun şərtlərini də nəzərə almalıyıq. Birinci yeri tutan komanda lisenziya ala bilməsə, elitaya buraxılmayacaq. 



Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X