Xorvatiya Futbol İttifaqı Finlandiya ilə ev heç-heçəsini baş məşqçi Ante Çaçiçə bağışlamayıb. Fanat.Az xəbər verir ki, bu bərabərlik sayəsində DÇ-2018-in seçmə mərhələsinin İ qrupunda liderliyi İslandiyaya verən yığmanın baş məşqçisi qovulub.
Onun yerinə ən real namizədlərdən biri isə millimizin çalışdırıcısı Robert Prosineçkidi. Sabah yığmamızı Almaniya ilə cari tsiklin son matçına çıxaracaq mütəxəssis bu haqda Xorvatiya mətbuatına danışıb:
"Mənə zəng edən olmayıb. Bilmirəm, nə deyim. Açığı, ölkəmin millisini çalışdırmaq haqda hələ fikirləşməmişəm. İndi diqqətimi dünyanın ən güclü yığmalarından olan Almaniya ilə oyuna yönəltmişəm".
Fanat.Az