15:59 07.10.2017 820

"Azərbaycan San-Marino deyil"- Almaniyanın baş məşqçisi

“İndiyəqədərki oyuna əsasən özümüzdən razı ola bilərik. Şimali İrlandiya ilə görüşün ilk dəqiqələrindən gücümüzü göstərdik, erkən qol vurduq”. Fanat.Az xəbər verir ki, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

 

Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son matçını Azərbaycan millisinə qarşı keçirəcək.

 

Matçdan öncə mətbuat konfransı keçirən Löv bunları deyib: “Bütün gücümüzü sabaha yönəltmişik. Qrupdakı 10-cu matçda da qələbə qazanmaq istəyirik. Sabah kimin oynayacağını dəqiq deyə bilmərəm. Amma qapıda Ter-Ştegen dayanacaq. Həmçinin Leroy Sane də start heyətində yer alacaq. Dünən komandaya bir az sərbəstlik verdim. Kimlərin sabah oynayacağına axşam qərar verəcəm. Əlbəttə ki, artıq Rusiyadakı dünya çempionatı barədə də düşünürük. Orda olmuşam, harda qalaq məsələsi ilə maraqlanmışam. Amma püşkatmadan da çox şey asılıdı. Dünya çempionatı üçün yeni strategiyaya ehtiyacımız var. Dünyanın ən güclü komandalarından biriyik. Futbolçular  arasındakı birlik cari seçmə mərhələdəki nəticələrdə öz sözünü dedi. Yəqin ki, Rusiyadakı mundial ən çətin turnirimiz olacaq. Hamı deyir ki, Almaniya qalib olmalıdı. Amma biz indidən bu barədə nəsə deyə bilmərik. Ümid edirəm ki, həmin yarışa qədər heç kim zədələnməsin, cəzalanmasın. Bütün futbolçular bu ərəfələrdə formada olmağa çalışmalıdılar. Bəzi mövqelər tam istədiyimiz kimi deyil. Onları düzəltməyə çalışacağıq. Azərbaycan autsayder komanda deyil. Onları dünya çempionatındakı komandalarla müqayisə etmək doğru deyil. Bu seçmə mərhələ bitdikdən sonra bizim əsl işimiz başlayacaq”.

 

- Dörd il öncəki dünya çempionatı ilə müqayisədə komadanın indiki durumu necədi?

- Biz həmişə formadayıq. İtaliya kimi qeyri-stabil deyilik. Bütün oyunlarda  konsentrasiya yüksək səviyyədə olur, futbolçuların fikirləri dağılmır. Hər futbolçu özünü hazırlamalı, bilməlidi ki, dünya çempionatı gəlir. Bu, bütün turnirlərdən vacib gəlir. Dünyada birinci pillədəyik. Çünki həmişə seçmə mərhələlərdə güclü çıxış etmişik. Amma gələn il necə olacaq, bunu deyə bilmərəm. Orda güclü komandalar olacaq. Hansı formada olacağımızı orda biləcəyik. Komandamızda bir səhv olsa belə, futbolçular dərhal onu sığortalayırlar. Onlar dünyanın birincisi olduqlarını hamıya göstərmək istəyirlər. Mundialla bağlı arzumuz böyükdü. Kifayət qədər gənc oyunçularımız var. Düşünməyin ki, ən yaxşılar Almaniyadadı. İtaliya və Fransada da güclü oyunçular mövcuddu. Dünya çempionu olsaq da, daim çalışırıq ki, dünəndən yaxşı olaq. Son 7-8 ildə üzərimizdə çox çalışdığımız üçün indi bu səviyyədəyik. Yenə də arxayınlaşmaq olmaz.

 

- Komandada tam istədiyiniz şəkildə olmayanlar nələrdi?

- Bəzi mövqelərimizdə çatışmayan cəhətlər var. İstəyirəm ki, dünya çempionatında bir nəfər zədəli olsa, digərləri onu əvəz etmək üçün yüz faiz hazır olsunlar. Həmişə kimsə zədəli olur. Hazırda da 6-7 futbolçu bundan əziyyət çəkir.

 

- Manuel Noyer üçün il başa çatıb. Onun durumu sizi narahat etmir?

- Arzu edirəm ki, Noyer tezliklə sağalsın. Amma hələ çox fikir eləmirəm. Çünki qısa müddətdə toparlanacağına əminəm. Ter-Ştegen də yaxşı qapıçı olduğunu göstərir.

 

- Azərbaycan millisi ilk 3 turdan sonra Almaniya ilə birlikdə qrupda liderlik edirdi. Sizcə, komandamızda nə çatmadı?

- Azərbaycan çalışır ki, həqiqətən də, futbol oynasın. San Marino, Norveç kimi oynamırlar. Bakıdakı matçın gedişində hesabı bərabərləşdirmişdilər. Bu, onların gücündən xəbər verir. Məsələn, Almaniyada oynayan Dmitri Nazarovu qeyd edə bilərəm. Məncə, bunun təməlini Berti Foqts qoyub. Niyə davamını gətirə bilmədiklərini bilmirəm. Yeni baş məşqçiləri çox güclüdü. Azərbaycan meydan gizlənməməlidi və gizlənmir də.

 

- Sabah cari seçmə mərhələnin ən böyük hesabı qeydə alına bilərmi, yoxsa futboolçuları çox yormaq istəmirsiniz?

- Ən böyük fərqə inanmıram. Belə böyük nəticə olmayacaq. San Marino ilə oynamaq bizim üçün daha asan idi, nəinki Azərbaycanla. Onlar qrupda digər komandaların hamısı ilə başabaş mübarizə apardılar. Oyunçuları yormamaq barədə düşünmürəm. Yeni futbolçular üçün bu şansdı ki, özlərini yaxşı tərəfdən göstərə bilsinlər.



Mənbə: apasport

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X