AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən bütün klubların nümayəndəsinin iştirak etdiyi iclasda ölkə futbolunun həlli vacib problemləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov müzakirə olunan məsələlərlə bağlı bunları söyləyib: "Gənc futbolçuların maksimum maaşı ilə bağlı təkliflərin hazırlanmasını müzakirə etdik. Bölgə klublarında çıxış edən 21 yaşadək gənclər 35 min manatdan artıq pul qazana bilməzlər. Bakı klublarının gəncləri üçün isə 30 min manatlıq maaş nəzərdə tutulub. 23 yaşadək futbolçular üçün isə müvafiq olaraq 60 və 50 minlik hədd müəyyənləşdirildi. Bu variant ona görə səsləndirildi ki, futbolçular klub seçimi edərkən bölgə komandalarını seçməsi üçün də müəyyən stimul olsun. Amma bu, hələ bizim seçimimizdir və AFFA İcraiyyə Komitəsində təsdiqlənməsi lazımdı.
İclasda AFFA-nın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayev də iştirak edirdi. Məmmədovla UEFA-nın qadınlardan ibarət komanda yaratmaq tələbini müzakirə etdik. Bunu etməsək, heç bir kluba lisenziya verilməyəcək. PFL prezidenti isə bizi Topaz Premyer Liqasının oyunlarının teleyayımı ilə bağlı qərarımızda dəstəkləyəcəyini bildirdi. Bundan başqa da xeyli məsələ müzakirə olundu".//Azerisport.az
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol