Aqil Məmmədov AZAL-la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi hücumameyilli oyunçulardan narazı olduğunu deyib:
"Bakı" ilə oyundan sonra futbolçularda bir qədər ruh düşkünlüyü vardı. Bilirdim ki, AZAL ilə matç bizim üçün çətin olacaq. Sevindirici haldı ki, ardıcıl 3 oyundu qol buraxmırıq. Müdafiəçilərdən razı, hücumameyilli oyunçulardan narazıyam. Deyərdim ki, bu gün nəticə oyuna görə oldu".
Fanat.az