13:59 31.07.2013 794

“Qarabağ” sabah oyuna çıxacaq

“Qarabağ” sabah Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ötən mərhələdə olduğu kimi, birinci qarşılaşmada yenə meydan sahibi olacaq. 

II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Pyast”ı (Polşa) 2:0 hesabı ilə üstələyən gümüş medalçımız bu dəfə həmin məkanda “Gefle”ni (İsveç) qonaq edəcək. Turnirə UEFA-nın “Fair Play” vəsiqəsi hesabına qatılan Gevle təmsilçisi ötən mərhələnin əsas sensasiyasına imza atmışdı. 

Belə ki, çoxları “Anortosis”in (Kipr) ilk oyunda 3:0 hesablı qələbəsindən sonra növbəti mərhələyə çıxacağını düşünsə də, “Gefle” əsl gücünü evdə göstərdi; onlar ada təmsilçisinə 4 cavabsız qol vurmaqla mərhələ adladılar . 

Avrokuboklara 3-cü dəfə qatılan “Gefle”yə yuxarıdan aşağı baxmaq olmaz. Ən azı ona görə ki, komanda futbol ölkələrindən sayılan İsveçi təmsil edir. Özü də klub səviyyəsində isveçlilərlə üzləşmədiyimizdən, bu, qitə miqyaslı turnirdə debüt olacaq. Üstəlik, sabah “Gefle”nin baş məşqçisi Per Olssonun 50 yaşı olacağından, yetirmələri ona yubiley hədiyyəsi etməyə çalışacaqlar. 

Təbii ki, “Qarabağ” İsveçə üstünlüklə yollanmalıdı. Özü də bunu qol buraxmadan etmək daha məqsədəuyğundur. Çünki polşalılara Bakıda qalib gəlmək mümkün olsa da, 2:1 hesabı o qədər də əlverişli deyil. “Gefle”nin səfərdə elə də yaxşı təsir bağışlamamağı xeyrimizə olan amildir ki, bundan maksimum yararlanmaq lazımdır. Çünki isveçlilərin öz meydanında daha yaxşı oynamağı səfər matçına ciddi yanaşmağa sövq edir. 

“Qarabağ”ın məğlubiyyətsiz seriyası da oyuna əlavə rəng qatır. Belə ki, 2 il öncə mərkəzi arenada “Brügge” üzərində 1:0 hesablı qələbə ilə başlayan bu seriya cari mövsümdəki matçları nəzərə alsaq 5-ə çatıb. Ağdamlıların evdə uduzacağı inandırıcı görünmədiyindən, seriyanı davam edəcəyi gözlənilir. “Qarabağ” sonuncu məğlubiyyətini Belçikada 1:4 hesabı ilə alıb. 

Qeyd edək ki, “Qarabağ” - “Gefle” oyunu saat 21:00-da başlayacaq. 

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

Facebookdan bizi izləməyi unutmayın.
X