Topaz Premyer Liqasının açılış oyununda “Bakı” klubu öz meydanında “Qəbələ” klubunu qəbul edəcək.
Bu günə kimi komandalar 21 dəfə üz-üzə gəliblər. 12 oyunda rəqibindən üstün olan “Bakı” klubu cəmi 4 qarşılaşmada məğlub olub,4 oyunda isə barəbərə qalıb. "Bakı"nın “Qəbələ” üzərində ən böyük qələbəsi 3:0 olub.
Ümumillikdə hər iki komanda arasında keçirilən bütün oyunlada 39 top vurulub. Onlardan 25 top “Bakı”-nın, 14 top isə “Qəbələ”-nin hesabına yazılıb.
Xatırladaq ki, Topaz Premyer Liqasının ilk turu “Bakı” klubunun təlim məşq bazasında 2 avqust, saat 18:30-da baş tutacaq.
İdman24.az