“Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə ilk oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 3000 bilet satılıb.
Lakin oyun saatına qədər bu göstəricinin artması istisna deyil.
Qeyd edək ki, “Qarabağ” – “Gefle” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
İdman24.az