Tomas Müller "Qızıl top" mükafatının bu dəfə "Bayern Münih" forması geyən bir oyunçuya verilməsi lazım olduğunu bildirib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Müller "Oyunçulardan bir neçəsinin mükafatı qazanmağa haqqı var. Açığı "Bayern Münih" forması geyən birinin bu mükafatı qazanması lazım olduğunu düşünürəm", deyib.
"Qızıl top" mükafatını ən son qazanan alman 1996-cı ildə "Borussia Dortmund" forması geyən Matthias Sammer olub.
İdman24.az