Türkiyə mətbuatında maraqlı xəbərə rast gəldik. Türk həmkarlarımızın iddasına görə, Anar Nəzirov “Kahramanmaraşspor” klubuna baxışa çağırıb.
Bir neçə gün əvvəl yayımlanan xəbərdə deyilir ki, millimizin üzvü artıq klubun düşərgəsindədi və baxışdan keçir. Amma bu xəbərin həqiqəti əks etdirmədiyi dəqiqdi. Çünki hazırda millinin düşərgəsində olan Anar Premyer Liqanın ilk iki turunda meydanda olub. “Sumqayıtın formasını geyinən qolkiper ilk turda “Xəzər Lənkəran”, ardınca isə “Qarabağ”a qarşı 90 dəqiqə oynayıb. Belədə onun Türkiyəyə getməsi mümkün deyil.
Qeyd edək ki, bir müddət əvvəl “Fethiyespor” Anarı heyətinə qatmaq istəyirdi. Lakin “Sumqayıt”la müqavilə bağlayan qolkiper bu təklifdən imtina etmişdi.