AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Neftçi” ilə oyunda “Rəvan”ın üzvü Miloş Adamoviç əllə oyuna, AZAL-la görüşdə “Bakı”nın futbolçusu Deyvidas Çesnauskis, “Qarabağ”la matçda “Sumqayıt”ın oyunçusu Vurğun Hüseynov idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. Hər üç futbolçunun cəzası eyni olub – 1 oyunluq cəza, 200 manat cərimə.
“Sumqayıt”la matçın 32-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün Ağdam klubu 1000 manat cərimələnib.