Premyer-Liqanın III turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” istirahətini bitirərək doğma şəhərdə hazırlıqlara başlayacaq. Fanat.az xəbər verir ki, komanda bu gün stadionun köməkçi meydançasında məşqə çıxacaq.
Qeyd edək ki, “ağ-yaşıllar” “Qarabağ”la oyunun hazırlıqlarına əsas heyətin 6 futbolçusu olmadan başlayacaq. Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanov və Elnur Allahverdiyev əsas milliyə, Ağabala Ramazanov U 21, Kamran Abdullazadə U 19, Elnur Cəfərov U 17 milli komandalarına çağırılıblar. U 21 millisinə çağırılmış Orxan Sadıqlı isə zədəli olduğu üçün geri qaytarılıb.