AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə olunub və qərarlar qəbul edib.
Müzakirə olunan məsələlər arasında “Araz”a lisenziya verilməsi də olub. Komitə Naxçıvan təmsilçisinə I divizionda çıxış etmək üçün lisenziya verib.
Digər klubların Naxçıvan səfəri ilə bağlı xərcləri üzərinə götürə bilməməsini nəzərə alan AFFA həmin problemi də həll edib. Belə ki, bütün klubların Naxçıvan səfərlərini assosiasiya maliyyələşdirəcək.
Qeyd edək ki, AFFA bundan əvvəl “Araz”ın yerli liqada oynamasını təklif etmişdi.