15:30 04.07.2013 305

Oyun satılıb...


Və ya bacarıqsız rejissorun nakam qəhrəmanı


Tural Xudiyev

Hər zarafatda həqiqət payı var. Oyun satılıb… Həmkarım Asif Bağırovun dilüstü zarafatlarından biri. Amma əslində dil altda qalan həqiqətlərin çılpaq təqdimatı idi. Futbolda görüşəndə salam əvəzi işlədərdi. Bir dəfə canlı yayınlanmayan oyunların birində canlı şahidi də olduq. O səhnə heç yadımdan çıxmaz.

Çempionluğa oynayan komandanın, hansı oyunu oynadığını da bilməyən rəqibin qapısına, nə oyundan çıxsa da, yol tapa bilmədiyi oyun. Futbolçulara verdiyi tapşırıqların bir işə yaramadığını görən baş məşqcinin son ümidi köməkçisinə verdiyi tapşırığa idi. Həmkarımla toqquşan nəzərlərimizi sinxron şəkildə məşqçinin hərəkəti istiqamətinə yönəltdik. Yöndəmsiz addımlarla hərəkəti idman yerişinə yenicə başlayan atleti xatırladırdı. Meydanboyu cızdığı yarımqövsün dayaq nöqtəsi rəqib qapısının arxası oldu. Birazdan, arxası ona oynayan qapıçının arxası əldən gedəcəkdi. Və sona 10 dəqiqə qalmış şou başladı. Bu ana qədər meydanı şumlayan qapıçını elə bil cərəyandan ayırdılar. Künc zərbələrində pərvazlanaraq topu heç kimlə bölüşməyən kiper indi qanadı qırılmış quş kimi az qala ayaq altında qalacaqdı. Vaxta da az qalırdı. Adamın lap yazığı gəlirdi ona. Deyəsən, beynindən keçən fikirlər o qədər qarışmışdı ki, qapıları qarışdırmaq dərəcəsinə gəlmişdi. Havalanmaq dərəcəsindəydi yazıq. Bu təhlükədən onu qurtaracaq biri nə vaxt tapılacaqdı?

Lənət şeytana, tabloda da vaxt sonu göstərmək istəyir. Hər şeyin sonunu. Verilən vədə, bu vədələrdə nələr eləmək olardı, ilahi..? Bir anlıq içindən hayqırmaq keçdi: «Ay biqeyrətlər, heç olmasa çərçivəyə düşün dəəə!!!» Elə bil səsinə qeybdən cavab gəldi: «Oyunun əsas vaxtına 2 dəqiqə əlavə olunur». Bəli, diktorun kal səsindəki hüzndə 2 rəqəmi necə də cazibədar səslənirdi. Ona vəd olunan mükafatda da 2 rəqəmi ardınca sıfırları aparırdı. Bu dəqidələrdə 2 onun ücün ən müqəddəs rəqəm idi. İndi o, rəqiblərin də hər birini, topu da, 2 görürdü. Final fitiylə vəd olunanın əvəzinə qazanacağı da, 2 barmağın arasından boylanan baş barmağın ədəbsiz kompazisiyası olacaqdı. Oldu da. Bir top nə şey idi ki, onun qapısına qıymadılar? Karyerasının qürub çağında barmağını sora-sora qaldı.

Uğursuz tragikomediyanın baş rejissoru isə assistentinə barmaq silkələyə-silkələyə pərdəarxasına keçirdi. Orda kimsə onu da rusun sözü silkələyəcəkdi ki, həmin izdivacdan da yeni yaradıcı ideyalar doğulacaq və biz yenə də onun çirkin səhnələrini izləyəcəkdik. Çünki, onun arxasına keçdiyi, futbolumuzun ismətini coxdan itirmiş miskin pərdəsi idi.

P.S: Bu yaxınlarda səmimiyyətinin də pərdəsi cırılmış həmin baş məşqcini efirdə gördüm. Futbolda sağlam rəqabətin, idman prinsiplərinin vacibliyindən danışırdı…

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

Facebookdan bizi izləməyi unutmayın.
X