00:34 19.03.2015 580

Cahangir Hacıyev səhhətinə görə... Növbə Sadıq Sadıqovundu

Cahangir Hacıyev Beynəlxalq Bankın (ABB) sədri vəzifəsindən istefa verdi. Bunu futbol terminologiyasına çevirsək Topaz Premyer Liqasının qızıl medalları uğrunda mübarizə aparan "İnter" sahibindən məhrum oldu. 


Vaxtilə "Xəzər Universiteti"nin eyniadlı təhsil ocağının rəhbərliyinin halallığını ödəyən Hacıyevli "İnter" erası bu gün başa çatdı. Hacıyevin istefa vermə səbəbi "standartlara uyğundu" - "səhhətinə görə".


Bizə görə, ABB prezidentinin kreslosu xeyli əvvəl laxlamağa başlamışdı. Mizanın bir gözünə Hacıyevi, digərinə isə AFFA-nın baş katibi Elxan Məmmədovu qoyduqda kimin daha ağır çəkiyə malik olduğuna heç kim şübhə etməz. AFFA İctimai təşkilatdı. Həmin təşkilatda ikinci söz sahibi olan bir şəxsin Azərbaycanın ən yüksək reytinqli bankının rəhbərindən daha böyük nüfuza sahib olmasını söyləmək sadəlövhlük olardı. Ancaq Elxan Məmmədovun millimizin Türkiyə toplanışı zamanı "İnter" və "Simurq" arasındakı qardaşlığı qabartması həlledici siqnal idi.


Bəli, AFFA-nın baş katibinin ABB-nin "bostanına daş atması" ilk baxışdan gözlənilməzdi. Lakin hadisələrin növbəti mərhələdə cərəyan etməsi təbiidi. Aydın məsələdir ki, Məmmədov Zirəddin Rzayev deyil. İnanmırıq ki, nə vaxtsa münəccimliklə məşğul olub. Bu da maraqlıdır ki, uzun illər ölkə mətbuatı dəridən-qabıqdan çıxaraq "İnter" və "Simurq" qardaşlığından yazdığı vaxtlarda baş katib iki klubun bir mərkəzdən idarə olunmasını "görmürdü". Ancaq millinin Türkiyə toplanışında bu qardaşlıq birdən-birə onun yadına düşdü. Və bundan bir neçə gün sonra Cahangir Hacıyevin səhhəti pisləşdi.


Əslində bizim də Zirəddin Rzayevlə heç bir əlaqəmiz yoxdu. Ancaq növbəti "səhhəti pisləşəcək" şəxsin adını təxmin etmək üçün münəccim olmağa ehtiyac yoxdu. Sadəcə, Antalyada baş katibin söylədiklərini bir anlıq xatırlamaq yetər. O, "Turan" - "Neftçi" qarşılaşmasında paytaxt klubunun qələbə qazanmasını "faciə" adlandırmışdı. Aydın məsələdir ki, "Turan"da "səhhəti pisləşəcək" ciddi bir fiqur yoxdu. "Ağ-qaralar"da isə heç də köhnə sayılmayan bir əvəzetmə baş verib: vitse-prezident vəzifəsinə Tahir Süleymanovun yerinə baş katibin kadrı hesab olunan Elnur Məmmədov təyin edilib. Deməli, "səhhətinin pisləşməsi" növbəsi "Neftçi"nin prezidenti Sadıq Sadıqovundu.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

Facebookdan bizi izləməyi unutmayın.
X