AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXVI turunun "Bakı" - "Simurq" oyunu ilə bağlı qərar qəbul edib.
İntizam Komitəsi "Simurq"la oyunun fasiləsi zamanı hakimlər briqadasına qarşı fiziki təsir göstərən “Bakı”nın məşqçisi Muarem Zekirin 20 oyunda stadiona girişinə qadağa qoyub, klubu 20.000 manat cərimə edib. "Bakı" həmçinin 6 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
Fanat.az