Qurban Qurbanov “Xəzər Lənkəran”la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi “Xəzər Lənkəran”ı tərifləyib:
“Çox yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdə topla yaxşı davrana bilmədik, dəqiqələr keçdikcə öz oyunumuzu tapdıq. “Xəzər Lənkəran” ilk üçlükdə olmalı komandadı. Yeni hücumçunun gəlməsi ilə rəqib daha da güclənib. Fikrimcə, “Xəzər Lənkəran”a yalnız qələbə çatışmır”.