Topaz Premyer Liqasında III turun oyunları davam etdirilib. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçiriləcək və bütün qarşılaşmalar Bakıda baş tutub.
Günün ilk oyununda “Bakı” “Rəvan”ı qəbul edib. Hər iki komanda ilk iki turda xal qazana bilmədiyindən bu gün 3 xala iddia edirdi. “Bakı” istəyinə çatsa da, “Rəvan”ın iddiası arzu olaraq qalıb. Belə ki, paytaxtın eyni adlı təmsilçisi darmadağınla qələbə qazanıb – 5:0. Hesabı 9-cu dəqiqədə Yure Travner açıb. 2 dəqiqə sonra ötən mövsümü “Rəvan”da keçirən Mindauqas Kalonas fərqlənib. Litvalı futbolçu 39-cu dəqiqədə dublunu rəsmiləşdirib. 79-cu dəqiqədə Cavid Hüseynov fərqi artırıb. 3 dəqiqə sonra isə Aleksandar Soliç son nöqtəni qoyub.
“İnter” AZAL-ı qəbul edib. “İnter” cari mövsümə uğursuz başlayıb. Ötən çempionatın bürünc mükafatçısı bundan əvvəlki hər iki qarşılaşmada məğlub olmuşdu. AZAL isə ilk oyunda “Neftçi”yə məğlub olsa da, ikinci turda minimal hesabla “Bakı”nı üstələyərək, Vaqif Sadıqovun mövqeyini nisbətən gücləndirmişdi. Oyunda hesabı “İnter” açıb. 30-cu dəqiqədə Ruslan Əmircanov cərimə zərbəsindən fərqlənib. 12 dəqiqə sonra Viktor İbekoyi Georgi Lomayanın səhvindən yararlanaraq bərabərliyi təmin edib. 60-cı dəqiqədə daha bir qol vuran İbekoyi AZAL-a qələbə qazandırıb – 2:1.
Günün digər oyununda “Qarabağ” “Xəzər Lənkəran”ı qəbul edib. Ağdam klubu mövsümə uğurlu başlayaraq, ilk iki oyunda qələbə qazanmışdı. “Xəzər Lənkəran” isə Avropa Liqasındakı uğursuzluqdan sonra Premyer Liqada iki heç-heçə nail olmuşdu. Bunun nəticəsidi ki, artıq Con Toşakın istefaya göndəriləcəyi ilə bağlı xəbərlər dolaşmağa başlayıb. Lənkəran klubu baş məşqçisinin yerini möhkəmləndirmək üçün bu gün qələbə xal qazanmalı idi. Lakin “ağ-yaşıllar” bu vəzifənin öhdəsindən gələ bilməyib. Matçın 26-cı dəqiqəsində künc zərbəsindən cərimə meydançasındakı qarışıqlıqdan yararlanan Nikolas Gelaşvili ardıcıl ikinci turda qol vurub. 61-ci dəqiqədə isə Manuel Skarlatake Çumbinyoya qarşı kobud oynadığından hakim “Xəzər Lənkəran”ın qapısına penalti təyin edib. Zədədən sonra ilk dəfə meydana çıxan Riçard Almeyda 11 metrlik zərbəni dəqiq yerinə yetirib – 2:0.
Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və “Neftçi” “Sumurq”a qalib gəlib – 1:0. Tura sabah yekun vurulacaq və “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.
Premyer Liqa
2013/14 mövsümü
III tur
18 avqust
Bakı – Rəvan 5:0
Qol: Yure Travner, 9. Mindauqas Kalonas, 11; 39. Cavid Hüseynov, 79. Aleksandar Soliç, 82.
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Mario Alvares, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov (10. Aleksandar Soliç, 64), 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (27. Rəhman Hacıyev, 77), 12. Etto, 20. Mindauqas Kalonas (19. Marius Pena, 81), 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 15. Ruben Qonzales, 17. Risto Ristoviç, 30. Vüqar Mustafayev.
Baş məşqçi: Milinko Pantiç.
Rəvan: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 9. Elnur Abdulov (7. Elvin Həsənəliyev, 70), 10. Sebastian Kastro-Tello (11. Kamil Nurəhmədov, 43), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea (18. Bəxtiyar Soltanov, 75), 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 27. Rəşad Abdullayev, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 6. Ceyhun Cavadov, 16. Orxan Lalayev, 21. Novruz Məmmədov.
Baş məşqçi: Vladislav Qədirov.
Sarı vərəqə: Hüseyn Axundov, 79 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Munis Abdullayev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Bakı”nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
İnter – AZAL 1:2
Qollar: Ruslan Əmircanov, 30 – Viktor İbekoyi, 42; 67.
İnter: 25. Səlahət Ağayev (1. Georgi Lomaya, 10), 4. İvan Benitez, 5. Slavko Georgievski, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro (11. Asif Məmmədov, 72), 9. Aleksandr İaşvili, 14. İlqar Ələkbərov, 20. Brüs Abdulaye, 28. Baçana Tsxadadze, 33. Matiya Spiçiç (21. Arif Daşdəmirov, 10), 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 6. Samir Zərgərov, 44. Joao Paulo, 47. Abdulla Abatsiyev, 77. Flavio Bek.
Baş məşqçi: Kaxaber Tsxadadze.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Aylton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi (9. Orxan Həsənov, 90), 18. Samuel Barlay (28. Emin Cəfərquliyev, 67), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə (7. Cavid Tağıyev, 84), 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 23. Tural Nərimanov, 5. Murad Ağayev.
Baş məşqçi: Vaqif Sadıqov.
Sarı vərəqələr: Ruslan Əmircanov, 18 (qeyri-idman hərəkəti). Georgi Lomaya, 53 (hakimin qərarına etiraz). Baçana Tsxadadze, 58 (rəqibi tutduğuna görə). Arif Daşdəmirov, 61 (qeyri-idman hərəkəti). Brüs Abdulaye, 90+1 (qeyri-idman hərəkəti) – Aylton, 17 (qeyri-idman hərəkəti). Vladimir Boqdanoviç, 30 (rəqibə badalaq). Cavid Tağıyev, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
“Şəfa” stadionu. 300 tamaşaçı.
Qarabağ – Xəzər Lənkəran 2:0
Qollar: Nikolas Gelaşvili, 26. Riçard Almeyda, 61-pen.
“Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 11. Nikolas Gelaşvili (88. Ulriş Kapolonqo, 76), 14. Rəşad Sadıqov (k), 16. Corc Leroy, 20. Riçard Almeyda (7. Namiq Yusifov, 68), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Çumbinyo (17. Vüqar Nadirov, 83).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Rasim Ramaldanov (10. Elnur Abdullayev, 46), 7. Sadio Tounkara, 11. Zohair Benouahi (55. Ağabala Ramazanov, 79), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 23. Nikola Qliqorov (20. Mbilla Etame, 46), 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
Baş məşqçi: Maksim Medvedev, 90+3 (qeyri-idman hərəkəti) – Manuel Skarlatake, 60 (qeyri-idman hərəkəti). Alvaro Silva, 81 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Mehman Mahmudov, Ramil Diniyev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
“Bakcell Arena”. 3000 tamaşaçı.
1 | Qarabağ | 3 | 3 | 0 | 0 | 9-2 | 9 |
2 | Neftçi | 3 | 3 | 0 | 0 | 7-1 | 9 |
3 | Qəbələ | 2 | 2 | 0 | 0 | 5-3 | 6 |
4 | AZAL | 3 | 2 | 0 | 1 | 4-5 | 6 |
5 | Simurq | 3 | 1 | 1 | 1 | 2-1 | 4 |
6 | Bakı | 3 | 1 | 2 | 0 | 6-3 | 3 |
7 | Xəzər L | 3 | 0 | 2 | 1 | 1-3 | 2 |
8 | Sumqayıt | 2 | 0 | 1 | 1 | 2-6 | 1 |
9 | İnter | 3 | 0 | 0 | 3 | 4-7 | 0 |
10 | Rəvan | 3 | 0 | 0 | 3 | 0-9 | 0 |
Bombardirlər: Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İbekoyi (AZAL) – 3. Viktor Mendi (Qəbələ), Reynaldo (Qarabağ), Nikolas Gelaşvili (Qarabağ), Vaqif Cavadov (İnter) – 2.