Avropa Liqasının “play-off” mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçının baş hakimi müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA matçı polşalı Şimon Marçinyaka tapşırılıb.
32 yaşlı FİFA referisi avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada fit çalacaq. Ona kömək edəcək həmyerlilərinin adı hələ dəqiqləşməyib.
Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə DÇ-2014-ün seçmə mərhələsindəki qarşılaşmanın da hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub.
Avqustun 29-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək cavab qarşılaşmasını isə portuqaliyalı Duarte Qomes idarə edəcək. 40 yaşlı FİFA hakimi 2002-ci ildən bu statusu daşıyır.
UEFA-nın I kateqoriyalı hakimi olan portuqaliyalı 2006-cı il oktyabrın 27-də U-19-ların Azərbaycan – Ermənistan oyununu idarə edib. Həmin vaxt millimiz 2:1 hesabı ilə qalib gəlmişdi. Bundan 5 gün sonra isə portuqaliyalı həmin Arif Əsədovun çalışdırdığı yığmamızın Kiprlə heç-heçəsində iş başında olmuşdu – 1:1.