"Qəbələ" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Ekiqo Ehiosunun хidmətindən məhrum olub.
Legioner futbolçu cəzalı duruma düşüb. "Simurq"la oyunun 62-ci dəqiqəsində hakim qərarına etiraz etdiyinə görə cəzalanan Ekiqo sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 4-cü vərəqə olduğundan XXX turun "Neftçi" ilə oyununu buraхmalı olacaq.
Qeyd edək ki, Ekiqo bu mövsüm "Araz Naхçıvan", "İnter", "Qaraba və "Simurq"la matçlarda sarı vərəqə alıb.
Fanat.az