Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ayntraxt” oyununu idarə edəcək hakimlər briqadasının tam heyəti müəyyənləşib. Fanat.az xəbər verir ki, sabah mərkəzi arenada polşalı baş hakim Şimon Marçinyak fit çalacaq.
Qeyd edək ki, yan hakimlərdən biri olan Pavel Sokolniçki Azərbaycan futboluna yad deyil. Sokolniçki ötən il sentyabrın 11-də Portuqaliyada millimizlə meydan sahiblərinin DÇ-2014-ün seçmə mərhələsindəki oyununu idarə etmişdi.
21:00. “Qarabağ” – “Ayntraxt”
Baş hakim: Şimon Marçinyak
Hakim köməkçiləri: Pavel Sokolniçki, Tomaş Listkeviç
Ehtiyat hakim: Pavel Raçkovski (hamısı Polşa)
UEFA nümayəndəsi: Mühmet Süheyl Önen (Türkiyə)
Hakim-inspektor: Zdravko Jokiç (Serbiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu