AFFA Hakimlər Komitəsində iclas keçirilib. Fanat.az xəbər verir ki, ötən gün baş tutan toplantıda Premyer Liqanın son turunda qeydə alınan hakim səhvləri olub.
İclas təxminən 3 saat davam edib. Komitə rəhbərliyi hakimlərə xəbərdarlıq edib və belə hallar təkrarlanacağı halda barələrində ciddi tədbirlərin görüləcəyi nəzərlərinə çatdırılıb.
Qeyd edək ki, son turda “Xəzər Lənkəran” Rəhim Həsənovun, “Neftçi” Əliyar Ağayevin, “İnter” Rauf Cabbarovun, “Qəbələ” isə Orxan Məmmədovun idarəçiliyindən narazı qalıb.