"Qəbələ"nin idman direktoru Toni Adams İngiltərənin "Aston Villa" klubunun sahibinə çevrilə bilər. Fanat.az "The Guardian"a istinadən хəbər verir ki, "Arsenal"ın sabiq kapitanı "Çelsi"nin keçmiş direktoru Pol Smitlə birgə bu klubun səhmlərini almaq fikrinə düşüb.
Məlumata görə, Pol Smitin başçılıq etdiyi konsorsium hazırda bu məsələnin üzərində işləyir. İndi tərəflər arasında danışıqlar gedir. Bu proses bir neçə həftə uzana bilər. Danışıqlar müsbət nəticələnsə, Smit-Adams cütlüyü səhmlərin alınmasına 15 milyon avro ödəyəcək.
Fanat.az