“Bakıdakı oyundan yaxşı nəticə gözləyirik. Burdan elə nəticə ilə qayıtmalıyıq ki, qrup mərhələsinə vəsiqə qanaza bilək”. Fanat.az xəbər verir ki, bu sözləri “Ayntarx”ın baş məşqçisi Armin Fe deyib.
Alman mütəxəssis bu gün Bakıda keçirdiyi mətbuat konfransında “Qarabağ”ı Bundesliqa klubları ilə müqayisə etmək istəməyib: “Sözün düzü, indi bunu konkret demək asan deyil. Çünki Azərbaycan liqası haqda məlumatım yoxdu. “Qarabağ”ın Avropada rəqibləri Bubdesliqa komandası səviyyəsində olmayıb. Yaxşı baş məşqçiləri var, topla yaxşı oynayırlar. Buna görə bizə asan olmayacaq. Futbolçularım qalib gəlmək üçün bütün güclərini qoymalı olacaq”.
“Qarabağ”ın müdafiə xəttini necə dəyərləndirərdiniz” sualına Fenin cavabı belə olub: “Biz hələ bu rəqibə oynamamışıq. Futbolçularım rəqibin üstün və cəhətləri haqda oyundan 1 gün öncə məlumat veririk. Bu isə məşqdən qabaq olduğundan, oyunçularımız “Qarabağ” haqda hələ bir şey deyə bilməz”.
Baş məşqçi komandasının kapitanı Pirmin Şkveglerin Bakıya gəlməməsinin səbəblərindən danışıb: “Çünki ötən mövsümün sonunda zədələndikdən sonra bərpa prosesi keçib. Hələ tam hazır deyil. İndi oynatsaydıq, bərpasına yenə vaxt gedəcəkdi. Onun növbəti turda oynayacağını deyə bilmərəm. Ondan başqa Sebastyan Yanq da görüşdə iştirak etməyəcək”.
2 il öncə “Qarabağ”la qarşılaşan “Borussiya”nın baş məşqçisi Yurgen Kloppdan məsləhət almayan Fe Bernadrd Lippert və Berti Foqtsla da danışmayıb: “Onlar öz futbolçuları haqda düşünürlər və mənə məlumat verməzdilər”.