Kaxaber Tsxadadze "Qəbələ" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi bunları deyib:
"İlk növbədə “Qarabağ”ı çempionluq münasibəti təbrik edirəm. Qurban Qurbanov, “Qarabağ” buna layiq idi. “İnter”i ikinci olması münasibəti ilə təbrik edirəm. Futbolçularım mənim gözümdə qəhrəmandılar. Problemlərin fonunda çempionata maraq qata bildilər. Futbolçularımın qarşısında baş əyirəm. Bu gün rəqibimiz olan “Qəbələ” sırf Avropa futbolu oynadı. Ancaq belə olan halda çempionatın səviyyəsini daha da yüksəldə bilərik. Bütün bunları nəzərə alıb deməliyəm ki, çox gözəl bir oyun alındı”.
Fanat.az