13:23 17.05.2015 621

Əmrah Çəlikəl: "Maraqlandığımız futbolçular var"

Premyer Liqanın XXIV turunda “Sumqayıt”a qalib gələrək (1:0) çempionluğunu rəsmiləşdirən “Qarabağ”ın direktoru Əmrah Çəlikəl oyundan sonra jurnalistlrin suallarını cavablandırıb. Fanat.az xəbər verir ki, çempionluq sevincini bölüşən klub rəsmisi bundan sonrakı hədəflərindən də danışıb.

- Komandanız tarixində 3-cü dəfə Azərbaycan çempionu oldu. Hansı hissləri keçirirsiniz?
- Çempionluq gözəl duyğudur. Sevinirik ki, əziyyətimiz hədər getmədi. Biz çempionluğu  çox istədik və bunun üçün xeyli işlədik. Başda Qurban Qurbanov olmaqla bütün komandamızı təbrik edirəm. 

- "Qızıl dubl" haqda düşünürsünüz? 
- "Qızıl dubl" haqda indidən danışmaq tezdir. Sadəcə, kubokun finalında sübut etməliyik ki, bu uğur təsadüfi deyil. Bunun üçün çalışmağımız lazımdır. Mən "Qarabağ"ı ürəkdən dəstəkləyən hər kəsə təşəkkürümü bildirir, təbriklərimi çatdırıram. 

- Paralel oynanılan "Qəbələ" - "İnter" qarşılaşmasını da izləyirdiniz? 
- Əlbəttə, çox böyük həyəcan yaşadıq. Həqiqətən də bu gün yaşadığım həyəcanı ötən il yaşamamışdım. Bir gözümüz Qəbələdə, biri də oyunda idi. Bilmirdik ki, hansı matçı izləyək. Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm. 

- Çempionluqdan sonra komandanızda “Neftçi” ilə kubokun final matçında hardasa rahatlıq yarana bilər...
- Bizim komandamızda böyük nizam-intizam, böyük sistem var. Baş məşqçimizə bağlılıq var. Bu bağlılıq həm rəhbərlik, həm də futbolçular tərəfindəndir. İnanıram ki, bu da öz bəhrəsini verəcək və "Neftçi" ilə oyunda nəticəsini görəcəyik. Bu gün kubok oyunu haqda danışsam, böyük səhvə yol vermiş olaram. Çünki biz bu gün çempion olmuşuq, hamımız cox xoşbəxtik. Sabahdan isə kubokun final oyunu üçün hazırlaşan komanda olacağıq. Həmin oyundan sonra həm kubokun, həm də çempionatın lideri olduğumuzu sübut edib, qələbəmizi qeyd etməliyik. 

- Bu il "Qarabağ"dan gözləntilər daha da artacaq. Hamı avrokuboklarda ən azı ötənilki uğurunuzu təkrarlamağınızı istəyəcək.
- Biz bunu dərk edirik. Əlbəttə, uğurlarımızı təkrarlayıb daha da irəli getmək bizim ən böyük istəyimizdir. Bunun üçün uğurlu transferlər etməyə və komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışacağıq. Məqsədimiz bizdən gözləniləni artıqlaması ilə verməkdir. 

- Bütün futbolçular deyir ki, keçənilki çempionluq daha şirin idi. Ancaq siz bu il daha çox həyəcanlandığınızı dediniz.
- Ötən 21 illik fasilədən sonra gələn çempionluq idi. Futbolçular isə “Qarabağ”da ilk çempionluğunu yaşayırdılar. Hər şeyin birincisinin dadı başqadır. Necə deyərlər o, bizim səkkiz illik əməyimizin bəhrəsi idi. Biz həmişə deyirdik ki, cəmi bir dəfə çempionluqla kifayətlənmək istəmirik. Biz elə bir komanda yaratmaq istəyirik ki, həmişə çempion olsun. Bu il Qurban Qurbanov düzgün yolda olduğumuzu sübut etdi. Ona inanmaqla düzgün qərar vermişik. Bugünkü uğurumuzda əsas pay sahibi  Qurban müəllim və onun komandasıdır. Mən onları ürəkdən təbrik edir, bağrıma basıram.  Kubokun finalında da biz layiqli oyunla layiqli nəticə qazanıb, avrokuboklarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edəcəyik.

- “Qarabağ” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Bununla bağlı komandada hansısa tədbirlər görülür? Transferlərlə bağlı işlərə başlamısınız? 
- Bizdə həmişə iş gedir. Ən cətin məqamda da gələcəyə dair işlərimizi buraxmırıq. Ancaq bunun mətbuata sızan və sızmayan hissəsi var. Qurban müəllim çox işləyən, işini sevən insandır. Ancaq biz bunu bəlli bir proqrama daxil etməliyik. Bu gün çempion olmaq istəyən yerdə transferlərimizdən danışmamalıyıq. Ancaq bu o demək deyil ki, transferlərlə bağlı iş getmir. Artıq çempionuq və Çempionlar liqasında daha yaxşı mübarizə aparmaq üçün maraqlandığımız futbolçular var. Son qərar Qurban Qurbanovundur. Onun istədiyi futbolçuları heyətimizə qatmağa çalışacağıq. 

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X