Bu gün "Bayıl Arena"da Bakcell U-17 Liqasında çıxış edən komandaların iştirakı ilə təşkil olunmuş U-17 Kuboku turnirinin final oyunu keçirilib.
Fanat.az xəbər verir ki, “Qəbələ” və “Bakı” arasında keçirilmiş qarşılaşma 4:1 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb.
Oyundan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, həmçinin futbol veteran Rüstəm Rəhimovun iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.
Fanat.az