Topaz Premyer Liqasının XXXV turunda istirahət edəcək “Qəbələ” bu gün yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” I divizionun çempionu “Neftçala” ilə görüşəcək.
Aşağı dəstənin qalibi ilə qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Yoxlama oyunu saat 18.00-da başlayacaq.
Topaz Premyer Liqasının sonuncu - XXXVI turu çərçivəsində mayın 28-də öz meydanında “Bakı” ilə qarşılaşacaq “Qəbələ” hazırlıqlarını davam etdirir. XXXIV turun mayın 16-da Qəbələdə “İnter”lə keçirilən oyunundan (1:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” gündə bir dəfə məşq keçməklə növbəti oyuna hazırlaşır. Məşq prosesində yalnız zədədən sonra müalicə olunan Dodo iştirak etmir.
Qeyd edək ki, "Qəbələ" "Araz Naхçıvan" çempionatdan çıхdığından XXXV turda istirahət edəcək. "Neftçala" isə "Lokomotiv" I divizionu tərk etdiyindən XXIX turda oynamayacaq. Bölgə təmsilçisinə bu oyuna görə teхniki qələbə veriləcək.
Fanat.az