“Simruq” “Qarabağ”a “Ayntraxt”la oyunda uğurlar arzulayıb. Fanat.az xəbər verir ki, Zaqatala klubu bununla bağlı rəsmi saytında xəbər yerləşdirib:
“Bu gün Azərbaycan futbolunu Avropada uğurla təmsil edən “Qarabağ” Tofiq Bəhramov adına Respubilka stadionunda “Ayntraxt”ı qəbul edəcək. “Simurq” Peşəkar İdman Klubu Ağdam təmsilçisinə bu görüşdə uğurlar arzulayır. Biz inanırıq ki, Qurban Qurbanov başda olmaq onun yetirmələri Azərbaycan futbol tarixində yeni bir uğura imza atacaq və alman klubunuda Avropa Liqasının “playy-off” mərhələsində geridə qoyaraq, qruplarda mübarizəni davam etdirəcək. Uğurlar “Qarabağ”, uğurlar Azərbaycan!!!”