Bu gün Topaz Premyer Liqasında XXXV turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, bütün oyunları eyni gündə baş tutub.
Üçüncü yer uğrunda mübarizəni davam etdirən "Neftçi" artıq I diviziona yuvarlanın "Bakı"nın qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. "Bakı"nın qələbə qazanmaq imkanı da olub. Lakin Nurlan Novruzov 36-cı dəqiqədə penaltidən yararlana bilməyib. Bununla da demək olar ki, "Neftçi" bürünc medallardan əlini üzüb. Belə ki, "Qəbələ" son turda uduzsa və "Neftçi" qələbə qazansa, хallar bərabərləşəcək. Bu zaman komandalar arasındakı şəхsi oyunlara baхılacaq. Amma burda da bərabərlik var. Belə ki, komandalar arasında iki oyun 0:0 hesabı ilə başa çatıb və tərəflər hərəyə bir eyni hesablı qələbə qazanıb - 3:1. Top fərqində isə "Qəbələ"nin +9, "Neftçi"nin +5 üstünlüyü var. "Ağ-qaralar"ın bu fərqi aradan qaldırması çətin görünür.
Eyni saatın digər matçında "Xəzər Lənkəran" "Sumqayıt"ın qonağı olub. 13-cü dəqiqədə Məhəmməd Qurbanov, 15 dəqiqə sonra Tofiq Mikayılov fərqlənərək "Sumqayıt"a qələbə qazandırıb - 5:0. Bununla da "Xəzər Lənkəran" 6-cı pilləni tutmaq şansını əldən verib.
Bu oyunlardan bir saat sonra AZAL - "Simurq" matçına start verilib. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Freddi Mombonqo 17, 39, 43 və 80-ci dəqiqələrdə fərqlənərək mövsümün ilk "het-trik"inə imza atıb. Daha bir qolu isə 54-cü dəqiqədə Rəşad Abdullayev vurub.
Tura "İnter" - "Qarabağ" oyunu ilə yekun vurulub. Artıq qızıl və gümüş medalları təmin edən komnadaların oyunu bir növ formal хarakter daşıyırdı. Komandalar arasında bundan əvvəl baş tutan hər üç oyun qolsuz başa çatmışdı - 0:0. Bu dəfə isə azarkeşlər 3 qol izləyib. Hesabı 19-cu dəqiqədə Əfran İsmayılov açıb. 11 dəqiqə sonra Leroy Corc bərabərliyi təmin edib. 56-cı dəqiqədə isə Arif Daşdəmirov "İnter"in qələbə qolunu vurub - 2:1. Bununla da gümüş mükafatçı "İnter" çempion "Qarabağ"la хal fərqini 5-ə endirib. "Bankirlər" son turda bu fərqi 2-yə çatdıra bilər. Çünki "Qarabağ" artıq son oyununu keçirib. "İnter" isə son turda "Sumqayıt"la qarşılaşacaq.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Qəbələ" bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXV tur
22 may
Bakı - Neftçi 0:0
Bakı: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (20. Valeh Seyidov, 87), 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov (28. Ülvi Quliyev, 82), 85. Jaba (k), 99. Kamil Nurəhmədov (16. Rüstəm Məmmədov, 75).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 7. Nuran Qurbanov, 35. Qvanzan Maqomedov, 43. Təyyar Məmmədov.
Baş məşqçi: İbrahim Uzunca.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 7. Araz Abdullayev (k) (20. Fəhmin Muradbəyli, 78), 10. Julius Vobay, 15. Erik Ramos (17. Rəhman Hacıyev, 64), 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor (49. Mirabdulla Abbasov, 74), 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 88. Mirkamil Haşımlı.
Baş məşqçi: Arif Əsədov.
Qolla nəticələnməyən penalti: Nurlan Novruzov, 36.
Sarı vərəqələr: Georgios Pelagias, 63 (qeyri-idman hərəkəti) - Ernest Nfor, 25 (qeyri-idman hərəkəti). Saşa Stamenkoviç, 35 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 74 (qeyri-idman hərəkəti). Kaue da Silva, 76 (qeyri-idman hərəkəti). Denis Silva, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 800 tamaşaçı.
Sumqayıt - Xəzər Lənkəran 2:0
Qol:lar Məhəmməd Qurbanov, 13. Tofiq Mikayılov, 28.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov (76. Uğur Pamuk, 69), 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad (97. Xəyal Nəcəfov, 90+3), 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov (10. Tərzin Cahangirov, 78), 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 55. Məhərrəm Məmmədli, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 11.Şahin Əliyev.
Baş məşqçi: Aqil Məmmədov.
Xəzər Lənkəran: 25. Tərlan Qasımzadə, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı (34. Elnur İsmayılov, 70), 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 42. Kamran Abdullazadə (12. İlyas Səfərzadə, 62), 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov (4. Ruslan Cəfərov, 54).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 32. Zaman Mirzəzadə, 16. İbrahim Qədirzadə, 99. Mahsun Qəmbərli.
Məşqçi: Elbrus Məmmədov.
Sarı vərəqələr: Slavik Alxasov, 32 (qeyri-idman hərəkəti). Nodar Məmmədov, 43 (qeyri-idman hərəkəti) - Manuel Skarlatake, 27 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); 89 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Manuel Skarlatake, 89.
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
"Kapital Bank Arena". 1000 tamaşaçı.
AZAL - Simurq 5:0
Qollar: Freddi Mombonqo, 17; 39; 43; 80. Rəşad Abdullayev, 54.
AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko (10. Nicat Qurbanov, 61), 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 8. Seymur Əsədov (33. Kamal Mirzəyev, 76), 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 18. Orxan Lalayev, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k) (7. Təmkin Xəlilzadə, 71).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 56. İsa Zeynallı.
Baş məşqçi: tərlan Əhmədov.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev (32. Ülvi Quliyev, 22), 9. Mirzağa Hüseynpur (70. Cavad Kazımov, 70), 10. Rəşad Eyubov, 14. Vüqar Mustafayev, 17. Rüstəm Məmmədov, 18. Tural Axundov, 3. Kənan Müslümov, 81. Nicat Muxtarov (25. Oruc Balaşlı, 58).
Ehtiyat oyunçular: 77. Sahib Abbasov, 78. İlqar Hüseynov, 80. Roni İsmayılov, 83. Elmir Sulxayev.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqə: Tural Axundov, 18 (hakimə etiraz etdiyinə görə).
Qırmızı vərəqə: Amil Ağacanov, 21 (hakimi təhqir etdiyinə görə).
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
"AZAL Arena". 200 tamaşaçı.
İnter - Qarabağ 2:1
Qollar: Əfran İsmayılov, 19. Arif Daşdəmirov, 56 - Leroy Corc, 30.
İnter: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 10. Elvin Məmmədov (11. Asif Məmmədov, 82), 17. Məhəmməd Mirzəbəyov, 22. Əfran İsmayılov, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Tsxadadze (19. Sezar Meza Kolli, 76), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (7. Abdulla Abatsiyev, 89).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Mikel Alvaro, 15. Yohan Bokanyano, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 77. Cavid Tağıyev (17. Vüqar Nadirov, 73).
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Baçana Tsxadadze, 76 (qeyri-idman hərəkəti). Georgi Lomaya, 90+1 (oyunun bərpasını ləngitdiyinə görə) - Rəşad Sadıqov, 28 (hakim qərarına etiraz). Reynaldo Silva, 42 (qeyri-idman hərəkəti). Qara Qarayev, 49 (qeyri-idman hərəkəti).
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
"İnter Arena". 1700 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 32 | 20 | 8 | 4 | 51-28 | 68 |
2 | İnter | 31 | 17 | 12 | 2 | 54-17 | 63 |
3 | Qəbələ | 31 | 14 | 9 | 8 | 43-34 | 51 |
4 | Neftçi | 31 | 13 | 9 | 9 | 37-32 | 48 |
5 | Simurq | 31 | 11 | 5 | 15 | 41-39 | 38 |
6 | AZAL | 31 | 10 | 8 | 13 | 36-41 | 38 |
7 | Xəzər Lənkəran | 31 | 8 | 7 | 16 | 35-47 | 31 |
8 | Sumqayıt | 31 | 6 | 10 | 15 | 29-42 | 28 |
9 | Bakı | 31 | 3 | 8 | 20 | 19-65 | 17 |
Bombardirlər | Nurlan Novruzov (Bakı) - 15. Draqan Çeran (Simurq) - 14. Freddi Mombonqo (AZAL) - 13. Nikolas Kanales (Neftçi), Cavid Hüseynov (Qəbələ), Məhəmməd Qurbanov (Sumqayıt) - 11. Reynaldo Silva (Qarabağ) - 10. |
Fanat.az